Feda Sohbet 2016

Röya Ayxan Kimdir.Azeri Sanatçı Röya Ayxan Resimleri,Röya Ayxan Şarkıları Dinle,Röya Ayxan Azeri Sarışın


Röya Ayxan 1982-ci il iyun ayının 14-də Bakı şəhərində dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq Hüquq" fakultəsinə daxil olub.

İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub.... 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və nəhayət sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən Röya 2 nominasiya üzrə - İlin Müğənnsi və İlin Konserti nominasiyaları üzrə qalib gəlib.